Tramp Moskvada paradda iştirak etmək istədiyini deyib

ABŞ Prezidenti Donald Tramp mayın 9-da Qələbə günü münasibətilə Moskvada təntənəli tədbirdə iştirak etmək istədiyini etiraf edib. SİA-nın verdiyi məlumata görə, amerikalı lider bunu TASS informasiya agentliyinin sualını cavablandırarkən deyib.

D.Tramp qeyd edib ki, həqiqətən bu tədbirlərdə iştirak etmək üçün dəvət alıb. Lakin 2020-ci ildə həmin dönəmlərdə ABŞ-da seçkiöncəsi olduğu üçün Moskvaya səfər edib-etməyəcəyi barədə konkret söz deməyə çətinlik çəkdiyini deyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə