Nikol Paşinyan etirazçılara qarşı çıxıb

Mən sizin tələbləriniz və qiymətləndirmələrinizlə razı deyiləm. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Nikol Paşinyan bu gün Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binası qarşısında Araik Arutyunyanın istefası tələbi ilə gecəni burada keçirən Daşnaktsutyun partiyasının gənclər qanadının nümayəndələrinə deyib.

Məlumatda qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın istefası tələbi ilə razılaşmadığını gizlətməyib.

Nikol Paşinyan tələbələrdən hansı konkret tezislərdən narazı olduqlarını soruşub, təhsil sahəsində həyata keçirilən islahatların nazirlik yox, hökumət tərəfindən həyata keçirildiyini qeyd edib.

“Əgər oğurlayırdısa, qəbul imtahanları zamanı da rüşvət alardı. Təhsil siyasəti Araik Arutyunyan tərəfindən deyil, hökumət tərəfindən həyata keçirilir və mən dünən hökumət iclasında bu mövzuya müraciət etdim", deyə Nikol Pashinyan etirazçılara qarşı çıxıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə