Türkiyədə daha iki təhlükəli terrorçu zərərsizləşdirildi

Türkiyə təhlükəsizlik qüvvələrinin iyulun 19-da Diyarbəkirdə keçirdiyi antiterror əməliyyatı zamanı zərərsizləşdirilən 5 terrorçudan ikisinin şəxsiyyəti müəyyən olunub. SİA xəbər verir ki, bunlar Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan "Numan Batman” ləqəbli Hejar Çelik ilə "Erhan Garzan Porsipi" ləqəbli İshak Özçaktudur. Hər iki PKK terrorçusunun axtarışı üçün böyük məbləğdə vəsait ayrılmışdı.

Bildirilir ki, son illər Türkiyədə törədilən bir sıra terror aktlarının təşkilatçıları bu iki terrorçu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə