Türkiyə Yunanıstan prezidentinin açıqlamasına kəskin etirazını bildirib

Türkiyə tərəfi Yunanıstan Prezidenti Prokopis Pavlopulosun Yerevanda 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi birtərəfli, qərəzli və ədalətsiz fikirlərə kəskin etirazını ifadə edib. SİA Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi internet saytına istinadla xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Hamı Aksoy açıqlama verib.

Təəssüflə bildirilir ki, Yunanıstan tərəfi Türkiyə əleyhinə olanların yanında yer almaqda və onlara dəstək verməkdə davam edir. Qeyd olunur ki, Yunanıstanın tarixdə türklərə və Osmanlı vətəndaşlarına qarşı törətdiyi zalımlıqlar unudulmayıb.

Vurğulanıb ki, tarixdə olduğu kimi müasir dövrdə də, Yunanıstanda türklərə, müsəlman din xadimlərinə qarşı hətta ibadət etdikləri üçün həbs olunmaq kimi hallar vardır. Lakin baş verənlərdən qisasçılıq üçün deyil, sülh və qardaşlıq yolunda dərs almağın əhəmiyyətinə inanan Türkiyə, eyni zamanda tarixi həqiqətlərin fərqindədir. Diqqətə çatdırılır ki, Türkiyənin 1915-ci il hadisələri ilə bağlı mövqeyi bəllidir və əlavə şərhə ehtiyac yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...