ABŞ qırıcısı Yaponiyaya raket atdı

ABŞ-a məxsus “F-16” qırıcısı Yaponiyada təlim uçuşu zamanı səhvən raket buraxıb. SİA xəbər verir ki, raket Misava şəhərində uçuş poliqonundan 5 kilometr məsafədə düşüb.

İnsident nəticəsində hər hansı bir fəsad və ya xəsarət alanların olması barədə məlumat daxil olmayıb.

Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...