Rostovda fermalardan birində baş verən silahlı atışmada 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Rusiyanın Rostov vilayətində silahlı insident baş verib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə regional Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, Rusiya Federasiyasının Rostov vilayətinin Orel bölgəsindəki fermalardan birində baş verən silahlı atışmada 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Polisin bildirdiyinə görə, yerli sakinlər arasında mal-qara üçün nəzərdə tutulmuş otlaq sahələrin üstündə mübahisə yaranıb. Sonradan razılaşa bilməyən tərəflər silaha əl atıblar.

Ov tüfəngindən açılan atəş 5 nəfərin ölümünə səbəb olub.

Hadisə yerinə cəlb edilmiş istintaq və əməliyyat qrupu hadisənin başvermə səbələrini araşdırır.

Faktla bağlı cinayət işi açılıb.

Adının çəkilməsini istəməyən şəx “Kanal 112” televiziyasının əməkdaşına bildirib ki, iki milliyyətcə çeçen olan iki ailəsi arasında otlaq sahə üstündə mübahisə uzun müddət imiş davam edirmiş.

Bütün xəbərlər Facebook səhifəmizdə