Norveçdə təcili yardım avtomobilini qaçıran şəxs qəza törətdi

Norveçdə təcili yardım avtomobilini oğurlayan şəxs bir neçə nəfəri vuraraq hadisə yerindən qaçmağa cəhd edib. SİA Norveç KİV-lərinə istinadla xəbər verir ki, həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Polis onu yaxalamaq üçün təcili yardım avtomobilinə atəş açmalı olub. Atəş nəticəsində həmin şəxsin xəsarət aldığı bildirilir. Hadisənin baş verdiyi ərazidə helikopterlər və xeyli sayda təhlükəsizlik qüvvələri cəlb olunub. Yaxınlıqdakı təhsil müəssisələrinin şagirdləri təxliyə ediliblər.

Norveç polisi cinayətlə əlaqədar digər bir şəxsin də axtarışını davam etdirir.

Yerli vaxtla saat 14 radələrində Norveç polisi naməlum şəxsin idarə etdiyi təcili yardım avtomobilinin uşaq arabası sürən qadını və yaşlı cütlüyü vuraraq qaçması haqda məlumat yayıb. Hadisə zamanı uşaq arabasındakı əkiz uşaqlardan biri və anası xəstəxanaya aparılıblar. Digər uşağın isə daha yüngül xəsarətlər aldığı qeyd olunub. Xəsarət almış yaşlı cütlüyün vəziyyəti barədə hələ məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə