Livan etirazçılar hökumətin antiböhran planının qəbuledilməz olduğunu elan ediblər

Livan etiraz hərəkatının iştirakçıları baş nazir Saad Haririnin koalisiya kabineti tərəfindən təsdiqlənən antiböhran planının qəbuledilməz olduğunu elan ediblər.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir qərar Beyrutun mərkəzində nümayişçilər tərəfindən qəbul olunub.

“Hökumət vaxt qazanmaq istəyir və bilərəkdən mümkün olmayan həll yolları təklif edir. Hamını etiraz aksiyalarında iştirak etməyə, kabinetin istefasını və erkən parlament seçkilərini keçirməyə çağırırıq”, - sənəddə belə deyilir.

Bundan əvvəl Hariri hökuməti Baabdakı prezident sarayında keçirilmiş iclasda iqtisadiyyatın sabitləşdirilməsi üçün tədbirlər proqramını və 0.6% kəsir ilə 2020-ci maliyyə ili üçün dövlət büdcəsi layihəsini təsdiqləyib. Ölkəni bürüyən kütləvi etiraz dalğasına cavab olaraq Nazirlər Kabineti yeni vergilər tətbiq etməkdən boyun qaçırıb və nazirlərə, parlament üzvlərinə maaşların 50% endirildiyini elan edib. Hakimiyyət yoxsullara təcili maddi yardım göstərəcəyini və sosial-iqtisadi sahədə islahatlar aparacağını vəd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə