ABŞ 2 min əsgərini Əfqanıstandan çıxardı!

ABŞ Əfqanıstandakı hərbi kontingentini tədricən azaltmağa başlayıb və artıq 2 min hərbçisini bu ölkədən çıxarıb. “The New York Times” qəzeti yazır ki, ABŞ və NATO qoşunlarının Əfqanıstandakı komandanı general-leytenant Ostin Skott Miller Amerikanın bu ölkədəki hərbçilərinin sayının təxminən 12 min nəfərə qədər azaldığını təsdiqləyib.

Həmçinin etibarlı mənbələrin məlumatına görə, ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin sayı yaxın zamanlarda 8,6 min nəfərə qədər ixtisar oluna bilər. Oktyabrın 20-də ABŞ-ın Müdafiə naziri Mark Esper Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüşü zamanı terrorla mübarizə və ikitərəfli münasibətlər məsələsini müzakirə edib. Pentaqon rəhbərinin sözlərinə görə, Birləşmiş Ştatların Əfqanıstandakı kontingentinin ixtisar olunması bu ölkədə fəaliyyət göstərən silahlı qruplaşmalarla mübarizəyə zərər vurmadan həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...