İranda güclü zəlzələ oldu - 5,6 bal

İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Kuxerd məntəqəsi yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.

SİA-nın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Məlumata görə, zəlzələ Kuxerdin 47 kilometrliyində 10 km dərinlikdə qeydə alınıb. Zəlzələ yerli vaxtla 14:28 dəqiqədə baş verib.

İnsan itkisi haqda məlumat verilməyib.

Xatırladaq ki, iyulun 8-də İranın cənub-qərbindəki Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...