Moldovada keçirilən yerli seçkilərdə sosialistlər qələbə qazanıb

Moldovada keçirilən yerli seçkilərdə ölkənin əksər rayonlarında sosialistlər qələbə qazanıb.

SİA yerli mətbuata istinadla xəbər verir ki, paytaxt Kişineuda da sosialistlərin qalib gəldiyi qeyd olunur.

Səsvermə zamanı seçkilərin nəticələrinə təsir edəcək qanun pozuntuları qeydə alınmayıb. İlkin nəticələrə görə, seçici fəallığı bölgələrdən asılı olaraq 42-51 faiz olub.

Xatırladaq ki, oktyabrın 20-də Moldavada yerli seçkilər keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə