Filippinin Mindanao adasında 5,2 maqnitudalı zəlzələ olub

Bu gün Filippinin Mindanao adasında 5,2 maqnitudalı zəlzələ olub.

SİA xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.

Zəlzələnin ocağı Sultan-Kudrat əyalətindən 7,7 km uzaqlıqda, 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə