Polşa BMT-nin İnsan Haqları Şurasına üzv seçilib

Polşa BMT-nin İnsan Haqları Şurasına (UNHRC) üzv seçilib. Ölkə bu vəzifəni 2020-ci il yanvarın 1-dən etibarən iki il müddətinə davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, Polşa prezidenti katibliyinin rəhbəri Kşiştof Şçerski Twitter səhifəsində ölkəsinin UNHRC-yə üzv seçilməsini beynəlxalq uğur kimi dəyərləndirib.

BMT-nin İnsan Haqları Şurası 47 dövlətin təmsil olunduğu beynəlxalq qurumdur və dünyada insan hüquqlarının təşviqi və qorunması üçün məsuliyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə