Tbilisidə yaşayış binasında partlayış olub xəsarət alanlar var

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Quramişvili prospektində yerləşən yaşayış binalarının birində güclü partlayış baş verib. SİA-nın verdiyi məlumata görə, partlayış 16 mərtəbəli binanın dörd mərtəbəsində dağıntılara səbəb olub.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan biri Yanıq Mərkəzi, digərləri isə xəstəxanaya çatdırılıb.

Binanın sakinləri təxliyyə olunub. Partlayış nəticəsində binanın həyətində olan bir neçə avtomobilə də ziyan dəyib. Partlayışa təbii qaz sızmasının səbəb olduğu ehtimal edilir.

Hadisə yerinə polis və xilasedicilər cəlb olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...