Krasnoyarsk diyarında bənd çökdü: 11 nəfər öldü

Rusiyanın Krasnoyarsk diyarında bəndin çökməsi nəticəsində 11 nəfər ölüb. SİA xəbər verir ki, Krasnoyarskın Şetinkino qəsəbəsində qızıl hasilatı artelində texniki su hövzəsinin üstündəki bəndin çökməsi nəticəsində 11 nəfər ölüb, 15 adam itkin düşmüş sayılır.

Bəndin sökməsinə səbəb gil və palçıqdan ibarət dalğanın hündürlüyünün 4-5 metrə çatması olub. Hadisə nəticəsində fəhlələrin yaşadığı müvəqqəti yataqxana su altında qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə