Türkiyə XİN-in sözçüsü: Türkiyənin “Barış bulağı” hərbi əməliyyatında kimyəvi silah istifadə etməsi böhtandır

Bəzi xarici mətbuat orqanları dünən və bu gün Türkiyənin “Barış bulağı” hərbi əməliyyatında kimyəvi silah istifadə etməsi haqqında böhtan xarakterli yazılar dərc edib. Terror təşkilatları tərəfindən məqsədli şəkildə yayılan bu dezinformasiyanı Türkyə birmənalı şəkildə rədd edir”.

SİA xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy “Barış Bulağı” hərakatında Türkiyənin kimyəvi silah istifadə edibmi” sualını cavablandırarkən deyib.

Diplomat bildirib ki, Türkiyə 1997-ci ildən bəri “Kimyəvi Silahların istehsalı, inkişafı, ehtiyat saxlanması və istifadəsi”nə uyğun beynəkxalq müqaviləyə tərəfdardır və bu məsələdə bütün hüquqi prinsiplərə əməl edir: “Digər tərəfdən, Türkiyə indiyə kimi Kimyəvi Silahların Qadağan Olunması Təşkilatından hər hansı bir xəbərrdarlıq almayıb və araşdırmaya cəlb olunmayıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə