İngiltərə şahzadəsi Uilyam və xanımı Keyt Middlton Pakistanda Çiatibo buzlağının ətəyinə baxıblar

Pakistanda rəsmi səfərdə olan İngiltərə şahzadəsi Uilyam və xanımı Keyt Middlton Broqil Milli parkındakı Çiatibo buzlağının ətəyinə baxıblar.

SİA xəbər verir ki, qonaqlar qlobal istiləşmə nəticəsində buzlağın həcminin xeyli azaldığının şahidi olublar.

Onlara bildirilib ki, Şimali Pakistanın dağ massivindəki buzlaqlar 1,6 milyard insanı su ilə təmin edir. Qeyd edilib ki, bu ərazidə 5 mindən çox buzlaq var. Bunların çoxu iqlim dəyişkənliyi nəticəsində əriməyə başlayıb. Belə ki, Çiatibo buzlağı hər il təxminən 32 fut (10 metr) geri çəkilir.

Şahzadə Uilyam deyib ki, İngiltərə və Pakistan qlobal fəlakətin qarşısının alınması üçün birgə çalışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə