Suriya Milli Ordusu itki verib 64 nəfər

Suriya Milli Ordusu 9 gündür keçirilən antiterror əməliyyatı nəticəsində 64 itki verib. SİA xarici mətubata istinadən xəbər verir ki, Fərat çayının şərq hissəsində uğurla həyata keçirilən "Sülh Çeşməsi" əməliyyatı başlayandan bu günədək Suriya Milli Ordusunun cəmi 64 döyüşçüsü həlak olub, 187 döyüşçüsü isə yaralanıb.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Sülh Çeşməsi” antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır.

Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə