“Qara təbliğat” yaydığına görə 24 nəfər həbs edilıb Türkiyədə

Sosial mediada Ankaranın Suriyadakı hərbi əməliyyatları barədə “qara təbliğat” yaydığı üçün 24 nəfər həbs edilıb. Türkiyənin Anadolu xəbər agentliyinin çərşənbə günü verdiyi məlumata görə, Suriyanın şimal-şərqində milyonlarla suriyalı qaçqının məskunlaşması üçün təhlükəsiz bir bölgə yaratmağı planlaşdırdığını iddia edən Türkiyə və müttəfiqi olan suriyalı döyüşçülər hücumları davam etdirdiyi bir vaxt Rusiyanın dəstəklədiyi Suriya ordusu ABŞ qüvvələrinin tərk etdiyi Mənbic şəhərinə daxil olub.

Həbs olunanlar sosial mediada Türkiyənin Suriyadakı əməliyyatını tənqid edən şəxslərdir. Çərşənbə günü Anadolu xəbər agentliyi sosial mediada əməliyyatı tənqid etdiyinə görə nəzarət altına alınan 186 nəfərdən 24-nün rəsmi olaraq həbs edildiyini bildirib. Şübhəlilər "ictimaiyyət arasında nifrət və düşmənçilik yaratmaqda" və "terror təşkilatı üçün təbliğat aparmaqda" ittiham olunub.

Türkiyənin müxalifət partiyalarının əksəriyyəti bu əməliyyatı dəstəkləsə də, Kürd Xalq Demokratik Partiyası (HDP) bunu "işğal cəhdi" kimi qiymətləndirir.

Prokurorlar HDP həmsədrlərinə qarşı verdikləri açıqlamalara görə istintaqa başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə