"Barış pınarı" əməliyyatı çərçivəsində 627 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri tərəfindən "Barış pınarı" əməliyyatı çərçivəsində məhv edilən PKK/PYD-YPG terrorçularının sayı 673-ə çatıb. SİA-nın "Anadolu"ya istinadla verdiyi xəbər görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "Twitter" səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, Suriyanın Fərat çayının şərqindəki antiterror əməliyyatı plana uyğun olaraq uğurla davam etdirilir.

9 oktyabrda Türkiyə Silahlı Qüvvələri "Azad Suriya Ordusu" ilə birlikdə “Barış pınarı” antiterror əməliyyatına başlayıb. Türkiyə aviasiyası eyni gündə iki ölkənin sərhədindəki Ras əl-Ayn şəhərinə və Suriyanın bir sıra digər şəhərlərinə hücum edib. Daha sonra əməliyyatın yerüstü mərhələsinin başlandığı elan edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə