BMT Təhlükəsizlik Şurası Suriyada PKK terrorçularının sərbəst buraxılmasından narahatdır

BMT Təhlükəsizlik Şurası Suriyanın şimalında Türkiyə ordusunun həyata keçirdiyi hərbi əməliyyat zamanı PKK terrorçularının sərbəst buraxılmasından narahatlığını ifadə edib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının sədri, Cənubi Afrika Respublikasının BMT-dəki nümayəndəsi Cerry Metyus Matjila jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Təhlükəsizlik Şurası məlum hərbi əməliyyatlar zamanı BMT tərəfindən terrorçu kimi tanınan PKK qruplaşmasının tərkibindəki yaraqlıların, o cümlədən İŞİD üzvlərinin sərbəst buraxılmasının sabitliyin daha da pisləşməsinə gətirib çıxaracağı ehtimalından narahatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə