Mayk Pompeo: "Ərdoğan dayanmalıdır"

Prezident Ərdoğanla görüş gözləyirik. Prezident Tramp bunu ABŞ hökumətinin ən yüksək səviyyədə edib onun üz-üzə görüşməyimizin önəmli olduğunu düşünür. Ərdoğan dayanmalıdır, Suriyadakı bu istilanı dayandırmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib. “Bu bir çox dövlət və eyni zamanda dövlət olmayan aktorun rol oynadığı qarışıq bir məsələdir. Suriyadakı vəziyyətə bir həll tapmaq axtarışındayıq. ABŞ-ın məqsədi ABŞ-Türkiyə münasibətlərini qoparmaq deyil, Türkiyəni bu cür davranışlara girmə potensialından məhrum buraxmaqdır. ABŞ Suriyada vakum formalaşmasını qətiləşdirmək üçün çalışır. Bölgədəki qeyri-sabitliyin məsuliyyəti Ərdoğanın üzərindədir”, - Pompeo bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə