ABŞ ordusu 2023-cü ilə qədər səsdən iti raketləri yerləşdirəcək

ABŞ ordusu 2023-cü ilə qədər səsdən iti sürətlə uçan uzaq mənzilli raketlər sisteminin istifadəyə verilməsini planlaşdırır. SİA xəbər verir ki, ABŞ ordusunun səsdən iti raketlər proqramının direktor müavini Robert Strayder bu məlumatı ABŞ quru qoşunları hərbi qulluqçuları assosiasiyasının nümayəndələrinin illik qurultayında məruzəsində səsləndirib. Strayder bildirib ki, döyüş qabiliyyətli eksperimental prototip 2023-cü ilə qədər istifadəyə veriləcək.

Strayder daha sonra əlavə edib ki, mobil yerüstü platformadan buraxılmış 8 raketdən ibarət batareyanın sürəti saatda 3800 milə (6116 kilometr) bərabər olacaq.

Səsdən iti raketlər Yer atmosferinin yuxarı təbəqəsinə çataraq hava hücumundan müdafiə və raketdənmüdafiə sistemləri zərbə endirməyə hazır olana qədər həmin sistemlərin təsir zonası hüdudlarında qala biləcəklər. Raketin dizaynı dəqiqlik, sürət, zərbəyə davamlılıq və manevr qabiliyyəti kimi parametrlərə hesablanıb. ABŞ quru qoşunları hərbi qulluqçuları assosiasiyasının məlumatına görə, bu raketlər bir neçə dəqiqə ərzində Yer kürəsinin istənilən nöqtəsində zərbə endirə biləcəklər.

Raketlərin və start platformalarının layihələndirilməsinə ordunun çevik və böhranlı texnologiyalar idarəsi tərəfindən nəzarət edilir. Bu idarə 2018-ci ildən etibarən səsdən iti qurğular üzrə ixtisaslaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə