"Terror qruplaşmalarının 637 terrorçusu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 637 terrorçusu zərərsizləşdirilib. SİA-ya “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb.

Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə