Meksikada hərbçilərə silahlı hücum olub 15 nəfər ölüb

Meksikanın Herroro ştatında naməlum silahlı dəstənin hərbçilərə etdiyi hücum nəticəsində 15 nəfər öldürülüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyinin rəsmisi Roberto Alvares özünün “Facebook” səhifəsində yazıb. “Silahlı şəxslər Müdafiə Nazirliyinin ordu bölməsinin hərbçilərinə hücum edib. Nəticədə bir hərbçi və 14 silahlı mülki şəxs öldürülüb”.

Yerli mətbuatın xəbərinə görə, hadisə yerinə Meksikanın Baş prokuroru Xorxe Barilla gəlib və insidentlə bağlı araşdırmanı özü aparır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə