Parisdə etiraz aksiyası keçirən yanğınsöndürənlərə qarşı polis gözyaşardıcı qazdan istifadə edib

Parisin mərkəzində etiraz aksiyası keçirən bir neçə minlik yanğınsöndürənlərə qarşı polis gözyaşardıcı qazdan istifadə edib.

SİA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qarşıdurmalar Parisdəki Millətlər meydanından başlayıb. Polisin gözyaşardıcı qazdan istifadə etməsinə cavab olaraq nümayişçilər tüstü yayan qumbara atıblar.

Qeyd edək ki, bütün Fransa boyu etiraz aksiyalarına başlayan yanğınsöndürənlər rəsmilərdən əməkhaqlarının qaldırılmasını tələb edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə