Ukraynanın yeraltı qaz anbarlarında 21 milyard kubmetrdən çox “mavi yanacaq” toplanıb

Ukraynanın yeraltı qaz anbarlarında 21 milyard kubmetrdən çox “mavi yanacaq” toplanıb.

SİA xəbər verir ki, bu barədə “Naftogaz”ın mətbuat xidməti məlumat yayıb.

Hazırda anbarlarda saxlanılan təbii qazın həcmi son 10 ildə ən yüksək göstəricidir. Bu da qışda istiliklər bağlı vəziyyətin sabit olacağına zəmanət verir. Yeraltı qaz anbarlarına “mavi yanacağ”ın vurulması davam edir.

Qeyd edək ki, Ukrayna payız-qış mövsümünə hazırlıq işlərinə hələ cari ilin aprelində başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə