Türkiyəyə silah ixracatı lisenziyaları davamlı nəzarət altına alınacaq İngiltərə XİN rəhbəri

İngiltərənin xarici işlər naziri Dominik Rab Türkiyəyə qarşı silah ixracatı lisenziyalarını araşdırdıqlarını və bu müddətdə Suriyada istifadə ediləcək yeni silah ixracı lisenziyasını verə bilməyəcəklərini söyləyib. SİA-a xarici mətbuata istinadən xəbər verir ki, millət vəkillərinin suallarını cavablandıran Rab bildirib ki, Türkiyəyə silah ixracatı lisenziyaları davamlı nəzarət altına alınacaq.

"Sülh Çeşməsi" hərəkatı ilə əlaqədar narahatçılıqlarını bildirən Rab qeyd edib ki, Türkiyəyə, Suriyada hərbi əməliyyatlarda istifadə ediləcək heç bir yeni silaha lisenziya verilməyəcək.

Həmçinin, D.Rabın sözlərinə görə, bu araşdırma davam edərkən Suriyadakı hərbi əməliyyatlarda istifadə edilən heç bir yeni silah ixracatına lisenziya verilməyəcək.

İngilis mətbuatı, İngiltərənin dünən keçirilən Avropa Birliyi Xarici Əlaqələr Şurasının iclasında gündəmə gətirilən Türkiyəyə kütləvi silah embarqosuna etiraz etdiyini və bu istiqamətdə ortaq qərar alınmasına mene olduğunu iddia etmişdi.

Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə