Suriya ordusu Mənbic və ətraf bölgələrdə nəzarəti ələ alıb

Rusiya Müdafiə Nazirliyi, Suriya hökumət ordusunun Mənbic şəhəri və yaxınlığındakı yaşayış məntəqələrində nəzarəti təmin etdiyini açıqlayıb. Nazirliyin məlumatında deyilir ki, ABŞ qüvvələri Dadat və Umm-Mial yaşayış məntəqələrindəki bazalarını tərk ediblər. SİA-nın verdiyi məlumata görə, ABŞ hərbçiləri Suriyanın İraqla sərhədinə çəkilib.

Hal-hazırda bu yaşayış məntəqələrini Suriya ordusu tutub. Həmçinin Türkiyə tərəfi ilə qarşılıqlı fəaliyyət təmin edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə