ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edir

ABŞ-ın Maliyyə Nazirliyi bazar ertəsi iki Türkiyə nazirliyinə və üç yüksək səviyyəli dövlət məmuruna Türkiyənin antiterror əməliyyatı ilə əlaqədar sanksiyalar elan etib. SİA-nın verdiyi məlumata görə, Vaşinqton Türkiyənin Milli Müdafiə Nazirliyinə və Enerji və Təbii Sərvətlər Nazirliyinə, həmçinin Milli Müdafiə naziri Hulusi Akar, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez və Daxili İşlər naziri Süleyman Soyluya qarşı sanksiyalar tətbiq etib.

Nazirlik həmçinin açıqlamasında bildirib ki, lazım gələrsə Türkiyə hökumətinin vəzifəli şəxslərinə və qurumlarına əlavə sanksiyalar tətbiq etməyə hazırıq. ABŞ qanunlarına görə, sanksiyalar siyahısında qeyd olunanlar əmlaklarının (əgər varsa) bloklanması ilə üzləşir və həmçinin ticarət əlaqələrinin qarşısı alınır.

Pens Orta Şərqə gedir

Vitse-prezident Mayk Pens prezident Donald Tramp tərəfindən Orta Şərqə göndərildiyini söyləyib. Pens Trampın bazar ertəsi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışdığını və Türkiyənin Suriyadakı əməliyyatlara dərhal son verməyə çağırdığını bildirib.

O həmçinin ABŞ prezidentinin bölgədəki qeyri-sabitlikdən çox narahat olduğunu vurğulayıb və Trampın Türkiyəyə əməliyyatı başlatmaq üçün yaşıl işıq yandırdığını inkar edib. Pens ABŞ-ın "Türkiyənin Suriyaya hücumu''na artıq dözmək niyyətində olmadığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə