ABŞ Türkiyədən nüvə silahlarını çıxarır

ABŞ-ın dünyaca məşhur "New York Times" qəzeti ölkənin Xarici İşlər və Energetika nazirliklərinin Türkiyədəki nüvə silahlarının bu ölkədən çıxarılmasını müzakirə etdiklərini iddia edib. SİA xəbər verir ki, qəzet bu məlumatı adlarını açıqlamadığı iki səlahiyyətli şəxsdən aldığını bildirib.

ABŞ-ın Türkiyədəki nüvə silahlarını bu ölkədən çıxarması, xəbərdə iki ölkə arasındakı müttəfiqliyin bitməsi kimi şərh olunub.

Qeyd edək ki, Türkiyənin Adana vilayətində yerləşən və Türkiyə ilə ABŞ-ın birgə istifadə etdiyi İncirlik Hərbi Hava Bazasında ABŞ-a məxsus təxminən 50 nüvə silahı mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...