Putin Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib

Rusiya prezidenti Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib. SİA Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, Kral Salman bin Əbdüləziz ər-Riyaddakı əl-Yəmamə krallıq sarayında Vladimir Putini qarşılayıb.

Tərəflər görüş zamanı qarşılıqlı əlaqələri o cümlədən bir sıra region məsələlərini müzakirə ediblər.

Məlumata görə səfər çərçivəsində iki ölkə arasında 30-a yaxın razılaşma və memorandum imzalanacaq.

Putin sonuncu dəfə 2007-ci ildə Səudiyyə Ərəbistanına səfər etmişdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə