Gürcüstanın baş naziri Ermənistana səfər edəcək

Gürcüstanın baş naziri Giorgi Qaxaria oktyabrın 15-də Ermənistana rəsmi səfər edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan parlamentinin deputatı Enzel Mkoyan bildirib.

Onun sözlərinə görə, baş nazirin başçılıq edəcəyi nümayəndə heyətinə xarici işlər, daxili işlər, iqtisadiyyat nazirləri və parlament sədrinin müavinləri daxil olacaq.

G.Qaxarianın Ermənistandan sonra Türkiyəyə rəsmi səfərə yollanacağı gözlənilir.

Qeyd edək ki, bu səfər G.Qaxarianin baş nazir vəzifəsində Ermənistana ilk səfəri olacaq. O, baş nazir kimi ilk rəsmi səfərini oktyabrın 9-da Azərbaycana edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə