Rasulayn şəhəri terrorçulardan azad edilib

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində apardığı “Sülh çeşməsi” antiterror əməliyyatının başlamasının dördüncü günü Suriyanın Rasulayn şəhəri terrorçulardan azad edilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Hazırda Tel Abyad şəhərindəki terrorçulara aid sığınacaqların vurulması istiqamətində əməliyyatlar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə