Terrorçular Türkiyənin yaşayış məntəqələrini raket atəşinə tutub - 3 ölü

Türkiyə Silahlı Qüvvələrinin tərəfindən “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatının başlamasının ardından terrorçular Türkiyənin sərhəddə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini raket atəşinə tutub. SİA xəbər verir ki, hadisə nəticəsində biri körpə olmaqla üç nəfər həlak olub.

Son məlumata görə, hadisə nəticəsində yaralananların sayı 46 nəfərə çatıb.

Hərəkat başladığı andan indiyədək Nusaybinə 130 raket atılıb.

Türkiyə Silahlı Qüvvələri tərəfindən bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Əməliyyatın ilk iki günü ərzində Suriyanın Tel Abyad və Rasulayn şəhərlərinin 7 kəndi terrorçulardan təmizlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə