Sarayevoda səhiyyə işçiləri etiraza qalxdı

Hökumət nümayəndələri problemin mahiyyətini hələ də başa düşməyiblər. Biz 2017-ci ildən bəri tətil edirik. Hökumət vaxt qazanır və pula qənaət etmək istəyir. Əgər problemi həll etmək istəsəydilər, bu günə kimi həll edərdilər. Biz mübarizəmizi davam etdirəcəyik, onların pullarının olmadığına inanmırıq. SİA “Sarajevotimes” saytına istinadla xəbər verir ki, bu sözləri Sarayevo şəhərində etiraz edən Səhiyyə Birliyinin əməkdaşı Kamal Delihasanoviç söyləyib. O, çox az şey istədiklərini də bildirib.

“Xəstələr əziyyət çəkirlər, bu bizim üçün ən ağır problemdir. Ən ciddi xəstələri razı salacağıq”, – deyə K. Delihasanoviç sözlərinə əlavə edib.

Sarayevo kantonunun Təhsil Birliyi də səhiyyə işçilərinin etiraz aksiyasına qoşulub. Görüşdə Sarayevo kantonunun səhiyyə işçiləri birliyinin prezidenti Edo Selimiç çıxış edərək yaranmış vəziyyətə görə bütün xəstələrdən üzr istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...