BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin Ankaradakı səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə AZƏRTAC-ın Türkiyə bürosuna bu ölkənin Xarici İşlər Nazirliyindən məlumat daxil olub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri “Barış pınarı” (“Sülh çeşməsi”) adı altında Fərat çayının şərqində PKK/YPG və İŞID terror təşkilatlarına qarşı antiterror əməliyyatına başlayıb. Ehtimal edilir ki, səfirlər “Barış pınarı” antiterror əməliyyatı ilə bağlı məlumatlandırılmaq üçün nazirliyə çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...