Tramp Ərdoğanla görüşəcəyini elan etdi

“Amerika qoşunları Yaxın Şərqdə olmamalı idi, 50 əsgərimizi geri çəkdik”. SİA-nın verdiyi məlumata görə, bunu Amerika Birləmiş Ştatlarının prezidenti Donald Tramp öz “Tvitter” hesabında paylaşıb.

Tramp bildirir ki, “ Müxtəlif qruplar arasında gedən müharibə artıq yüz illərdir ki, davam edir.Türkiyə Avropanın geri almağı rədd etdiyi İŞİD terroristlərin məsuliyyətini öz üzərinə götürməlidir. Mənasız və sonsuz müharibə artıq bizim üçün bitir”.

Tramp dünən öz hesabında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-də ABŞ-a səfər edəcəyini də açıqlayıb.

Xatırladaq ki, ABŞ qoşunları Suriya ərazisinin İŞİD terror qruplaşmasından təmizlənməsi üçün Yaxın Şərqdə yerləşdirilmişdi. Yaxın Şərq üzrə təhlilçilər hesab edirlər ki, ABŞ qoşunları Suriyadan çıxarılarsa, ölkədə İŞİD yenidən dirçələ bilər. ABŞ qoşunlarının geri çəkilməsi ilə hökumət qüvvələrinin zəiflədiyini düşünən terrorçular yenidən baş qaldıracaqlar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə