Türkiyə qoşunları Suriya sərhədini keçməyə başlayıb Bloomberg

Türkiyə hərbi birləşmələri Suriya sərhədini keçməyə başlayıb. Bu barədə "Bloomberg" Türkiyə rəsmisinə istinadən məlumat yayıb. SİA-nın verdiyi məlumata görə, ordu Ankaranın təhlükəsizlik bölgəsi yaratmaq üçün əməliyyat keçirmək niyyətində olduğu bölgəyə keçməyə başlayıb.

"Türkiyə qüvvələri ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərini sərhəddən uzaqlaşmağa məcbur etmək üçün Suriyanın şimal-şərqində sərhədi keçməyə başlayıblar", - deyə agentliyə mənbə bildirib.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar qeyd edib ki, "qoşunların sərhədə ötürülməsi və əməliyyata hazırlıq prosesi davam edir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...