"Əl-Qaidə" terror təşkilatının Cənubi Asiya üzrə rəhbəri öldürülüb

"Əl-Qaidə" terror təşkilatının Cənubi Asiya üzrə rəhbəri Əfqanıstanın cənubunda digər silahdaşları ilə bərabər öldürülüb.

SİA “voiceamerica”ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan kəşfiyyat agentliyi olan Milli Təhlükəsizlik Direktoriyası məlumat yayıb.

Açıqlamada deyilir ki, ötən ay keçirilən NATO qüvvələrinin də qatıldığı birgə əməiyyat nəticəsində Asim Ömər Helmənd vilayətinin Musa Qala rayonunda öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...