Yens Stoltenberq Türkiyəyə gedəcək

NATO-nun baş katibi Yens Stoltenberq oktyabrın 11-də Türkiyəyə səfər edəcək. Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Yens Stoltenberq oktyabrın 9-da İtaliyaya səfəri çərçivəsində ölkənin baş naziri Cüzeppe Konte və xarici işlər naziri Luici Di Maio ilə görüşəcək. Səhəri gün baş katib Yunanıstanda prezident Prokopis Pavlopulos və baş nazir Kiriakos Mitsotakislə görüşlər keçirəcək. Oktyabrın 11-də isə baş katibin Türkiyədə yüksək səviyyəli rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...