İran prezidenti Həsən Ruhani bu gün (23 sentyabr) ABŞ-ın Nyu-York şəhərinə səfərə yollanıb. SİA bu barədə İranın dövlət telekanalının rəsmi twitter səhifəsinə istinadla məlumat verir.

Bildirilib ki, Həsən Ruhani bazar ertəsi günü BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün Nyu-Yorka yola düşüb.

Qeyd edək ki, İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif ötən həftə Nyu-Yorka yola düşüb. Cavad Zərif bildirib ki, İran rəhbərliyi bu səfər çərçivəsində bir sıra dünya dövlət başçıları ilə, xüsusilə də nüvə sazişində qalan 4+1 ölkələrinin dövlət başçıları ilə görüşlər keçirəcək.

İran XİN bu səfər çərçivəsində ABŞ rəsmilərilə hər hansı bir görüşün baş tutmasını təkzib edib. M.C.Zərif ABŞ mətbuatına verdiyi müsahibədə vurğulayıb ki, Tramp Ruhani ilə görüşmək istəyirsə bütün sanksiyaları aradan qaldırmalıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə