Komandan: "NATO Qara dənizdə qüvvələrini artırmalıdır"

Rusiya NATO-nun Qara dənizdəki təlimlərini bloklayır. Bunu “Seqodnya” saytına müsahibəsində ABŞ-ın Avropadakı Quru Qoşunlarının komandanı Ben Hoces deyib.

Onun sözlərinə görə, alyans qüvvələri Qara dənizdə təlimlərin keçirilməsi üçün yer elan edən kimi Rusiya ora keçidləri qapadır: “Belə şeylər təsadüfi deyil. Ona görə də Rumıniya və müttəfiqlərimiz narahatdırlar. NATO Qara dənizdə qüvvələrini artırmalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə