"Boeing 737 MAX təyyarələrinin qəzaya düşməsində günahkar ABŞ-dır"

İndoneziyadan olan müstəntiqlər Boeing 737 MAX-ın keçən ilin oktyabr ayında İndoneziyada qəzaya uğramasının əsas səbəblərinin təyyarənin dizaynındakı nöqsanlar və ABŞ hökuməti tərəfindən lazımlı qaydada nəzarət edilməməsi olduğunu qənaətinə gəliblər. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bundan başqa, araşdırma nəticəsində pilotların zamanda bəzi nöqsanları aşkarlanıb ki, buda fəlakətin əsas səbəblərindən ola bilərdi, hesabatın qaralama variantında deyilir.

Qeyd edək ki, qəzetin yazdığına görə, istintaqı aparan rəsmi nümayəndələr hesabatın noyabr ayında rəsmi yayımlanmasından əvvəl onun nəticələri barədə fikir bildirməkdən imtina ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...