LMO-nun paytaxt Tripoliyə hava zərbələri nəticəsində Liviya hökumət qüvvələrinin 90-dan çox hərbçisi ölüb

Feldmarşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun (LMO) paytaxt Tripoliyə hava zərbələri nəticəsində Liviyanın hökumət qüvvələrinin 90-dan çox hərbçisi ölüb, 150 nəfər yaralanıb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu bazar günü LMO-nun mətbuat katibi, briqada generalı Xalid əl-Mahjub deyib.

"Döyüşlərdə paytaxt birləşmələrinin bir neçə lideri öldürüldü", açıqlamasını verən Əl-Mahjubun sözlərinə görə, silah və sursat olan anbarlara hücum edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...