PKK düşərgələrinə endirilən aviazərbə nəticəsində 7 terrorçu məhv edilib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı Haftanin rayonunda PKK düşərgələrinə zərbə endirib.

SİA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Pəncə” antiterror əməliyyatı çərçivəsində PKK düşərgələrinə endirilən aviazərbə nəticəsində 7 terrorçu məhv edilib.

Qeyd edək ki, “Pəncə-1” əməliyyatı bu il mayın 27-də İraqın şimalında Hakurk rayonunda, sonra “Pəncə-2” əməliyyatı, avqustun 23-də isə İraqın şimalında Sinat-Haftanin rayonunda “Pəncə-3” əməliyyatı başlayıb. Əməliyyatda məqsəd Türkiyənin cənub-şərqində təhlükəsizliyi təmin etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...