“Tapa” qasırğası Koreyada insan tələfatına səbəb olub

Koreya Respublikasının cənub sahillərində güclü külək və şiddətli yağışlara səbəb olan "Tapa" qasırğası nəticəsində bir nəfər ölüb, iki sakin xəsarət alıb. SİA-nın yerli KİV-lərə istinadla məlumatına görə, qasırğanın törətdiyi fəsadlar səbəbindən 500-ə yaxın təyyarə reysi təxirə salınıb. Bir neçə ev qismən və ya tamamilə dağılıb. Bəzi yerlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Koreya Respublikasının Meteorologiya Administrasiyasının məlumatına əsasən, qasırğa Cecu adasından 170 kilometr cənubdan saatda 29 kilometr sürətlə sahilə doğru hərəkət edib. Qasırğa ölkənin ikinci böyük şəhəri olan Busanda da dağıntılara səbəbə olub. Müvafiq qurumlar əhaliyə xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə