İranda mikroavtobus mikroavtobus qəzasında 15 nəfər həlak olub

İranın Gülüstan əyalətində mikroavtobus yük maşını ilə toqquşub. 15 nəfər həlak olub.

SİA xəbər verir ki, hadisə bu gün Gülüstan əyalətinin Günbəd Kavus - İncə Burun magistral yolunda baş verib.

Hadisə nəticəsində mikroavtobusda olan 15 sərnişin həyatını itirib. Qəzadan sonra mikroavtobusda yanğın da meydana gəlib və sərnişinlərin hamısı yanaraq həlak olub. Hadisənin baş verməsinə səbəb kimi mikroavtobusun sürücüsünün yuxulu olması və qarşıdan gələn yük maşının yoluna çıxması göstərilir.

Sərnişinlərin kimliyini müəyyənləşdirmək üçün ekspertiza təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...