Dağıstanda məhbuslar qiyama qalxıb

Dağıstanda həbsxanada məhbuslar qiyam edib. Bu barədə məlumatı Rusiya Federal Cəzaçəkmə Xidmətinin Dağıstan Respublikası üzrə İdarəsinin Mətbuat xidməti yayıb. Bildirilib ki, həmin məhbuslar həbsxanada cinayətkar aləmin “qruplaşmasını” yaratmaq istəyiblər. Bunun üçün onlar başqa məhkumları da həmin “qruplaşmaya” cəlb etmək istəyiblər.

Xidmət rəhbərliyi və prokurorluq əməkdaşlarının məhbuslarla danışıqları və apardıqları izahat işləri nəticəsində həbsxanada vəziyyət sabitləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...