Gürcüstan prezidenti Trampla görüşə gedir

Gürcüstan prezidenti Salome Zurabişvili gələn həftə ABŞ-a işgüzar səfər edəcək. “Report”un yerli bürosu xəbər verir ki, dövlət başçısı sentyabrın 25-də BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edəcək.

S.Zurabişvili həmçinin sessiya çərçivəsində planlaşdırılan tədbirlərə də qatılacaq. Prezidentin müxtəlif ölkə rəhbərləri və BMT-nin baş katibi ilə ikitərəfli görüşləri də nəzərdə tutulub. S.Zurabişvili ABŞ prezidenti Donald Tramp və onun həyat yoldaşı adından təşkil olunacaq rəsmi qəbulda da iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə